Smartfonu zərbə və cızıqlardan qoruyacaq plyonka yaradılıb
"Liquipel" şirkəti mobil qurğular üçün "Skins" adlı möhkəm plyonka istehsal edib.
"ICTnews.az" elektron xəbər xidməti "itc.ua" saytına istinadən bildirir ki, sözügedən plyonka mobil qurğuları yalnız cızıqlardan deyil, həm də fiziki təsirlərdən qoruyur. Bu, onun zərbənin gücünü yaymaq qabiliyyəti sayəsində mümkündür. Yeni plyonka dörd qatdan hazırlanır və smartfon zərbə alan zaman amortizator rolunda çıxış edir. İstehsalçı qeyd edib ki, "Skins" plyonkasının mobil qurğuya çəkilməsi, quraşdırılması prosesi çox sadədir və cəmisi üç hərəkətin yerinə yetirilməsini tələb edir.
"Liquipel Skins" qoruyucu plyonkası artıq istehsalçının saytından sifariş üçün əlçatandır. Hələ ki yalnız "Apple iPhone 4S" və "5", həmçinin "Samsung Galaxy S3" və "S4" smartfonları üçün plyonka mövcuddur. Tezliklə başqa smartfon modelləri üçün də plyonkalar istehsal edilməlidir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL