waplog

Kompüterlərə tələbat yüksəkdir


Fərdi kompüterlərə tələbatın azalmasını təsdiq edən çoxsaylı tədqiqatlara baxmayaraq bu qurğular hələ də istifadəçilər üçün əsas hesablama vasitəsi olaraq qalır.

Belə ki, "Intel" korporasiyası tərəfindən maliyyələşdirilən "IDC InfoBrief" analitik şirkətinin hesabatında bildirilir ki, ABŞ ev təsərrüfatlarının 97 faizi fərdi kompüterlərdən istifadəyə üstünlük verir, ailələrin 54 faizi isə növbəti ildə bu qurğunu əldə etməyi düşünür.

Tədqiqatda o da qeyd olunur ki, ABŞ sakinləri hər həftə müxtəlif elektronika (smartfon, planşet, noutbuk və s.) ilə işə 43 saat vaxt sərf edirlər. Bu halda onlar hər həftə kompüter arxasında orta hesabla 21 saat keçirirlər.

Amerikalıların əksəriyyəti indiyədək 4 il əvvəl və ya daha çoxdan alınmış kompüterlərdən istifadə edir. Bu istifadəçilər hər gün əməliyyat sisteminin, internet səhifəsinin və aşağı sürətlə yüklənən digər funksionalın yüklənməsinə təxminən 13 dəqiqə sərf edir və bununla da kompüterin reaksiya verməsinə ildə 3 gün vaxt ayırmalı olurlar.

"IDC" ekspertlərinin sözlərinə görə, insanlar üçün yeni fərdi kompüter alan zaman qiymətin keyfiyyətə olan nisbəti vacib olaraq qalır, lakin onların əksəriyyəti bu yaxınlarda alınan kompüterlə işləməyin faydasını indiyədək anlamırlar, - "DailyComm www.dailycomm.ru" yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL