waplog

Azərbaycanla Türkmənistan arasında seysmologiya sahəsində əməkdaşlıq haqda sənəd imzalanacaq



Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutu ilə Türkmənistan Seysmologiya İnstitutu arasında əməkdaşlıq haqda müqavilənin layihəsi müzakirə olunur.

"ICTnews" xəbər xidmətinin Türkmənistanın Seysmologiya İnstitutuna  istinadən verdiyi məlumata əsasən, müqavilə iki ölkənin Türkmənistanın ərazisində eksperimental araşdırmaların aparılması üçün nəzərdə tutulmuş seysmo-akustik stansiyanın yaradılmasını nəzərdə tutur.

Türkmənistan onunla sərhəddə yerləşən İran, Özbəkistan, Qazaxıstan və Azərbaycanla seysmologiya sahəsində əməkdaşlığı çox vacib hesab edir, çünki min kilometrlərlə hesablanan seysmoaktiv regionlar istisna hallarda bir ölkənin ərazisində yerləşir. Türkmənistan alimləri hesab edirlər ki, bu regionun ölkələri seysmogeodinamik inkişaf vahidliyi ilə seçilir.

Onların fikrincə, Azərbaycanda fəaliyyət göstərən RNM ASP seysmoakustik stansiya zəlzələlərin vaxtında müəyyən edilməsi və qarşısını alması üzrə ən innovativ stansiyalardan biridir. Azərbaycan Türkmənistana, istifadə etdiyi beş RNM ASP stansiyalarından  birini təqdim etməyə hazır olduğunu bildirib.

Türkmənistan, paralel olaraq, Rusiya, Belarus, Yaponiya, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrin seysmologiya sahəsində nailiyyətləri ilə tanış olur.

Aynur Vəliyeva
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL