waplog

Smartfonla tərəvəz kəsmək mümkün oldu



Çinin “BBK” şirkəti avqustun 22-də “Vivo X3” smartfonunu təqdim etməyi planlaşdırır. Göndərilmiş dəvətlərin məzmununa əsasən, dünyanın ən nazik smartfonu adlandırılan “Vivo X3” smartfonunun təqdimatı Pekində keçiriləcək.

“ICTnews.az” elektron xəbər xidməti “3dnews.ru” saytına istinadən bildirir ki, şayiələrə əsasən, smartfonun qalınlığı 5.6 millimetrdir. Qeyri-rəsmi məlumatlara görə, smartfon 1.5 QHs takt tezlikli “MTK MT6589T” prosessoru, 1080p təsvir ölçülü 5 düymdən yuxarı displey, 13 meqapiksellik kamera və 2000 milliamper/saat tutumunda akkumulyator batareyası ilə təchiz edilib.

“BBK” şirkəti smartfonun nazikliyini nümayiş etdirmək üçün zarafatcıl formada ondan bıçaq kimi istifadə edilən fotoşəkilləri yayımlayıb.
Aparatın qiyməti hələ ki açıqlanmayıb.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL