waplog

Ən böyük fərdi kompüter istehsalçılarının siyahısına hansı şirkət rəhbərlik edir?



“Bloomberg” agentliyinə verdiyi müsahibəsində “Lenova” şirkətinin baş direktoru Yan Yuansin deyib ki, o, biznesi genişləndirməyi planlaşdırır. "Biz fərdi kompüter və telefon sahələrində əlavə imkanlar axtarırıq. Hazırda sahə konsolidasiya dövrünü yaşayır və biz, əgər düzgün məqsəd tapsaq, əlbəttə ki bu imkandan istifadə edəcəyik" – o deyib.

“ICTnews.az” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, “Lenovo” ilin əvvəlində serverlərin istehsalı üzrə aktivlərin satın alınmasına dair “IBM” korporasiyası ilə danışıqlar aparıb, lakin şirkətlər sazişin şərtləri barədə razılığa gələ biləmədilər və may ayında bu ideyadan imtina etdilər.

“Gartner” tədqiqat agentliyinin məlumatına görə, 2013-cü ilin ikinci rübündə “Lenovo” brendi altında FK satışlarının həcmi 0,6% azalıb və qlobal bazarda Çin şirkətinin payı 16,7% olub. Nəticədə Çin şirkəti ən böyük FK istehsalçılarının siyahısında birinci pillədə qərarlaşıb.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL