waplog

“Audi” avtomobillərində yüksəksürətli “4G” interneti olacaq


Cari ilin noyabrında satışa çıxarılacaq "Audi" avtomobillərinin bort kompüter sistemlərində yüksəksürətli "4G" internet əlçatan olacaq. Bunun üçün nəzərdə tutulmuş slota müvafiq SİM kart yerləşdirməklə sürücü "Audi" maşınının bütün şəbəkə resurslarından (musiqiyə axın rejimində qulaq asmaq və video izləmək, həmçinin salonda əyləşən sərnişinləri simsiz internetlə təmin etmək) istifadə imkanına malik olacaq.

"ICTnews.az" elektron xəbər xidməti "pitbit.ru" saytına istinadən bildirir ki, yeni "Audi A3" sedanları ilk olaraq "4G" internet şəbəkəsini dəstəkləyəcək. Gələcəkdə şirkət başqa avtomobillərini də təkmilləşdirilmiş bort  sistemləri ilə təchiz edə bilər.

Emil Hüseynov
 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL