“Azərpoçt” MMC bank olmayan kredit təşkilatları ilə əməkdaşlığı genişləndirir
“Azərpoçt” MMC-nin bank maliyyə xidmətləri göstərməsi üçün lisenziya alması ilə əlaqədar bir sıra yeni xidmətlərin, o cümlədən kredit təşkilatlarının kredit və digər haqların yerlərdə yığımı ilə bağlı imkanlar yaranıb. Müəssisənin maliyyə xidmətləri marketinq şöbəsinin müdiri Yaşar Əhmədovun verdiyi məlumata görə, bir qədər öncə “Azərpoçt” MMC ilə “Səba” bank olmayan kredit təşkilatı arasında müqavilə bağlanıb.
“Səba” bank olmayan kredit təşkilatından kredit almış müştərilərdən rüsum alınmadan istənilən poçt şöbəsindən məktuba əlavə olunan qaydaların tələblərinə uyğun olaraq pul köçürməsi şəklində qəbul edilərək, köçürülməsi təmin edilir və pul köçürməsini qəbul edən Poçt Filialının payına düşən xidmət haqqı “Azərpoçt” MMC tərəfindən “Səba” şirkətindən alınaraq yerli filiallarla hesablaşmada nəzərə alınır.
RƏVAN
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL