waplog

Dünya LTE-smartfonlar bazarının lideri hansı şirkətdir?


Koreyanın “Samsung Electronics” şirkəti LTE-smartfonlar seqmentində bazar payına görə liderliyi “Apple” korporasiyasından alaraq birinci yerə yüksəlib.

“Strategy Analytics” tədqiqat şirkətinin məlumatına görə, cari ilin aprel-iyununda dünyanın nəhəng smartfon istehsalçısı “Samsung Electronics” təxminən 27,2 milyon “LTE” standartını dəstəkləyən aparat satıb ki, bunun da nəticəsində seqmentdəki payını 47 faizə çatdırıb. Analitiklərin hesablamasına əsasən, ikinci rübdə Koreya istehsalçısı cari ilin birinci rübü ilə müqayisədə LTE-smartfonların satışını 17 milyon ədədə, bazar payını 22 faizə yüksəltməyə nail olub.  


Mütəxəssislər həmçinin qeyd edirlər ki, bu dəfə “Sony” şirkəti "LG Electronics” korporasiyasını ötərək nəhəng LTE-smartfonlar siyahısında üçüncü pilləyə qalxıb. Ötən rübdə Yaponiya istehsalçısı 3,6 milyon bu qurğudan sataraq 6,2 faizlik bazar payını təmin edib.


Ardıcıl 3 rübdür üçüncü yer uğrunda mübarizə aparan “LG” ilk dəfə reytinqin dördüncü pilləsinə düşüb, - “DailyComm www.dailycomm.ru” yazır.  




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL