waplog

“Samsung” növbəti dəfə Avropa düz ekranlı televizorlar bazarına liderlik edir



Dünyanın nəhəng televizor istehsalçısı “Samsung Electronics” şirkəti növbəti dəfə Avropa düz ekranlı televizorlar bazarında öz liderliyini təsdiq edib. 

Belə ki, “GfK” tədqiqat şirkətinin məlumatına görə, 2013-cü ilin birinci yarısının yekunları üzrə bu regionda Cənubi Koreya nəhənginin payı 38 faiz təşkil edib. “Samsung”un həmvətəni və yaxın izləyicisi “LG Electronics” şirkəti Avropa düz ekranlı televizorlar bazarının 16,6 faizinə nəzarət edib. Liderlər üçlüyünü cari ilin yanvar-iyununda bazar payı 9,9 faiz olan Niderlandın “Phillips” şirkəti tamamlayır. 

Ekspertlər onu da qeyd ediblər ki, ilin birinci yarısında “Samsung”un Avropa maye-kristal televizorlar (LCD) bazarında qurğularının payı 39,6 faizə çatıb. Bununla yanaşı, şirkətin “Smart TV” seqmentində payı 44,1 faizə, üçölçülü təsviri dəstəkləyən televizorlar (3D) kateqoriyasında 44,3 faizə bərabər olub, - “DailyComm www.dailycomm.ru” yazır.    


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL