“Ultra” şirkəti” “Network Technologies İncorporated”in resseller statusunu alıb
Azərbaycanın ən böyük İT şirkətlərindən biri olan “Ultra” şirkəti ABŞ-ın İT avadanlığı üzrə aparıcı şirkəti olan “NTİ” şirkəti tərəfindən resseller statusunu əldə edib.
1984-cü ildə təsis edilmiş “NTI” şirkəti ABŞ-da təhsil, tibb, mədəniyyət, hərbi sənaye və digər sahələrdə audio-video həllər üzrə öndə gedən aparıcı şirkətlərdən biridir. Şirkət kompüter, video-splitter mənbələri üçün KVM - (klaviatura, video, mouse), müxtəlif videoprotokol dəstəkləyicili konvertorlar, videosiqnal ötürücülü kabel, adaptorlar və digər bu kimi yüksək keyfiyyətli cihazların istehsalçısıdır.
Qeyd edək ki, “Ultra” şirkətinin peşəkar mütəxəssisləri 2001-ci ildən etibarən “NTI” ilə qarşılıqlı əməkdaşlığa başlayıb. Bunun nəticəsində “Ultra” şirkəti ilk olaraq Azərbaycanda video-splitterlərin satınalınmasına imza atıb.
“Ultra” şirkətinin İdxal və ixrac şöbəsinin müdiri Oleq Solin bildirib ki, hər şeydən öncə bu cür əməkdaşlıq, qarşılıqlı olaraq iş təcrübələrinin mübadiləsi, qabaqcıl dünya texnologiyalarının ölkəmizə gətirilməsinə və onları gələcək layihələrimizdə tətbiq etməklə bu sahədə daha da inkişaf etməyimiz üçün əvəzedilməz bir imkandır.
RƏVAN
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL