Azərbaycanda üç yeni qanun layihəsi hazırlanıb
Azərbaycanda hazırlanan “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi” və “Dövlət informasiya sistemləri və informasiya ehtiyatları haqqında” qanun layihələri yaxın zamanda “e-gov.az” portalında yerləşdiriləcək.
“ICTnews” xəbər xidmətinin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin bülleteninə istinadən verdiyi məlumata əsasən, layihələr “https://projects.e-gov.az/All services.aspx” ünvanında yerləşdiriləcək.
Burada Azərbaycan Nazirlər Kabinetinin və Mərkəzi icra hakimiyyəti orqanlarının hazırladıqları normativ-hüquqi aktların layihələri ilə tanış olmaq və onlara aid təkliflər göndərmək olar.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mütəxəssisləri tərəfindən “Azərbaycanda ölkə kodlu yüksəksəviyyəli domen adlarının qeydiyyatı və istifadəsi qaydaları”nın layihəsi hazırlanıb. Qaydalarda domen adlarının onlayn əldə edilməsi sisteminin tətbiqi də nəzərdə tutulub.
Qeyd edilən qanun layihələri “İKT ili” ilə bağlı nazirliyin təsdiq etdiyi Tədbirlər planının normativ hüquqi baza və idarəetmənin təkmilləşdirilməsi bölməsi çərçivəsində hazırlanıb.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL