Kompüter gücündə smartfon
Dünyanın bütün kompüterlərinin birləşdirilmiş gücünü tezliklə bir ovucda yerləşdirmək mümkün olacaq. Bu barədə “The Telegragh” nəşri ekspertlərin fikrincə, tezliklə interneti əvəz edəcək qrid-sistemin təkmilləşdirilməsi ilə məşğul olan alimlər barədə söhbət açaraq yazır.
“Worldwide LHC Computing Grid” adlı qrid Avropa Nüvə Tədqiqatları Mərkəzinin (СERN) mütəxəssisləri tərəfindən hazırlanır. Sistem əvvəlcədən “СERN” tərəfindən Böyük Adron Kollayderindən daxil olan böyük həcmli məlumatların emalı üçün nəzərdə tutulub. Hazırda sistemə dünya üzrə 200 min fizikin kompüteri qoşulub. Bu, hər il Böyük Adron Kollayderindən əldə edilən 20 milyon qiqabayt informasiyanı emal etməyə imkan verir.
Son vaxtlar mütəxəssislər sistemin səmərəliliyinin artırılması üzərində iş aparır, eləcə də geniş istifadədə onu daha sadə və rahat etməyə çalışırlar. Xüsusilə “СERN” fizikləri artıq qridə “iPhone” və “iPad” vasitəsilə qoşulmağa çalışaraq buna müəyyən qədər nail olublar. Lakin bu qurğuların gücü bütöv iş üçün hələ ki kifayət etmir. Bununla yanaşı, alimlər optimistdirlər, çünki hazırkı “iPhone” smartfon modeli gücünə görə əvvəlki superkompüterləri üstələyir.
“World Community Grid” adlı daha bir nəhəng layihə “IBM” korporasiyası tərəfindən Berkli Universiteti ilə birlikdə hazırlanır. Burada da alimlər sistemin işinin mobil qurğular əsasında qurulmasına çalışmaqla diqqəti “Android” əməliyyat sisteminə yönəldirlər. Bu qridə artıq 500 min fərdi kompüterlə yanaşı, 20 min smartfon da qoşulub.
Hazırda dünyada müxtəlif tədqiqat qrupları tərəfindən Yerdənkənar həyatın və ya potensial yeni dərmanların axtarışı üzrə qeyri-standart layihələr üzərində iş üçün istifadə olunan bir sıra avtonom qrid sistemləri mövcuddur. Bütün kompüterlər bir qrid sisteminə qoşulsa, bir düyməni basmaqla inanılmaz dərəcədə hamının yararlana biləcəyi resurslar bazası yaradılacaq.
Qeyd edək ki, “GRID” şəbəkəsi ABŞ alimləri Yan Foster və Karl Kesselman tərəfindən kəşf edilib. Şəbəkənin əsas vəzifəsi elm və texnologiyanın ciddi məsələlərinin həlli üçün paylayıcı hesablamaların təşkilidir, - “IT Expert www.itexpert.org.ua” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL