waplog

“Microsoft” korporasiyası rəngli ştrixkodlardan imtina edəcək


"Microsoft" şirkəti "Microsoft Tag" layihəsini bağlayacaq. Sözügedən layihənin məqsədi mobil telefonlar tərəfindən tanınmaq üçün rəngli ikiölçülü ştrixkodların yaradılması olub. Xidmət 2015-ci il avqustun 1-9-dək fəaliyyət göstərəcək.

Xatırladaq ki, "Tag" ştrixkodları 2009-cu ildə təqdim edilib. Onlar "QR" kodlara alternativ kimi nəzərdə tutulub və onlarla müqayisədə bir sıra üstünlüklərə malikdir: məsələn, eyni ölçülü fotoşəkildə daha çox informasiya yerləşdirmək mümkündür. Lakin "Tag" ştrixkodları geniş populyarlıq qazanmayıb.

"ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, "Tag" kodu tərəfindən informasiya  "Microsoft"un serverində saxlanılır, buna görə də kodları oxumaq üçün internetə qoşulma lazımdır.

Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL