“Azərkosmos” bütün kanalları peyk yayımına qəbul etmək üçün tam texniki hazırlığa malikdir
"Azərkosmos" ASC Azərbaycanın bütün yerli və regional kanallarının milli peyk üzərindən yayımını təşkil etmək üçün texniki olaraq tam hazırdır.
"Azərkosmos"dan "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, hazırda artıq "Azerspace-1" peyki üzərindən AzTV, İTV, CBC, "Xəzər" TV, ANS TV, "Mədəniyyət" TV, "İdman Azərbaycan", "Azad Azərbaycan" TV kanalları yayım həyata keçirir.
"Azərkosmos" ASC digər kanalları da peyk yayımına qəbul etmək üçün tam texniki hazırlığa malikdir. Regional kanallara gəlincə, onların da "Azerspace-1" üzərindən yayıma qoşulması texniki cəhətdən tam mümkündür və indiyədək bir neçə regional TV kanalı peyk üzərindən yayımlanmaq üçün müraciət edib. "Azərkosmos"a müraciət etmiş kanallara bütün lazımi texniki və kommersiya şərtləri barədə məlumat verilib", - deyə ASC-nin mətbuat xidmətindən bildiriblər.
Eyni zamanda qeyd edilib ki, "Azerspace-1" peyki kommersiya layihəsidir və peykin tutumlarından istifadə üçün istənilən televiziya kanalı peykin operatoru olan "Azərkosmos" ASC-yə rüsum ödəyir. Bu rüsumlar müştərilərlə kommersiya münasibətləri çərçivəsində və bazar konyukturasına uyğun olaraq tənzimlənir.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL