waplog

Asiya-Sakit Okean sualtı kabel xəttinin çəkilməsi üçün 450 milyon ABŞ dolları ayrılıb


"Facebook" şirkəti 10000 km uzunluqda Asiya-Sakit Okean (Asia Pacific Gateway) sualtı kabel xəttinin çəkilməsi üçün sərmayə qoyub. "ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, sualtı kabel xəttinin çəkilməsi üçün qoyulan sərmayənin tam məbləği açıqlanmır.
 
Bununla belə, məlum olub ki, şirkətin daxil olduğu konsorsium tərəfindən 450 milyon ABŞ dolları ayrılıb. Asiya və Sakit Okean regionunda internet sürətinin yüksəldilməsi məqsədi ilə  Malayziya, Cənubi Koreya, Yaponiya ölkələri üçün, eləcə də bu xətt üzərində yerləşən digər ölkələrə də xəttin çəkilməsi nəzərdə tutulub.
 
"Facebook" şirkəti məsələ ilə bağlı yaydığı xəbərdə bildirib ki, bu istiqamət yüksək templərlə inkişaf etdiyi üçün regionun digər iştirakçıları (Hindistan, İndoneziya, Malayziya, Filippin, Honkonq və Sinqapur)  ilə əlaqələr genişləndiriləcək. Eləcə də qeyd edilib ki, layihə "ChinaTelecom" (TASİM layihəsinin üzvü) və "ChinaUnicom" kimi iki böyük Çin provayderi tərəfindən maliyyələşdirilir.
 
Layihə iştirakçıları ölkələr layihə icra olunduqdan sonra Şimali Amerika qitəsinə məlumatların daha tez göndərilməsi və alınması imkanlarına malik olacaqlar.
 
O cümlədən qeyd etmək lazımdır ki, «Facebook» internet infrastrukturunun inkişafı üçün sərmayə qoyan yeganə şirkət deyil. Belə ki, 2008-ci ildə "Google" şirkəti Asiya və ABŞ Birliyi sualtı xəttinin çəkilməsi üçün 300 milyon ABŞ dolları miqdarında sərmayənin ayrılmasına hazır olduğunu bəyan edib.
 
SEYMUR
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL