“LTE-Advanced 900/1800 MHs” şəbəkəsində ilk zəng edildi
İsveçin "Ericsson" istehsalçısı Avstraliyanın aparıcı telekommunikasiya xidmətləri tədarükçüsü "Telstra" şirkəti ilə birlikdə 900/1800 MHs diapazonunda "LTE Advanced" (LTE-A) kommersiya şəbəkəsində tezlik daşıyıcılarının birləşməsi texnologiyasının uğurla həyata keçirilməsini elan edib. Avstraliya operatoru dünyada ilk dəfə olaraq "LTE-A" standartlı şəbəkə ilə məlumatları ötürüb. Bu barədə "Ericsson" şirkətinin mətbuat xidməti məlumat verib.
Daşıyıcıların birləşməsi texnologiyası yüksəksürətli genişzolaqlı xidmətlərin yeni səviyyədə inkişafını təmin edərək operatorlara tezlik resurslarını optimallaşdırmağa və bir neçə daşıyıcı tezlikdə məlumatların ötürülməsi sayəsində sürəti xeyli artırmağa imkan verir.
"Telstra" şirkətinin LTE abunəçilərinin sayı yüksək templə artır. Hazırda 3 milyona yaxın abunəçi LTE xidmətlərindən yararlana bilir. Müqayisə üçün bildirim ki, yarım il bundan əvvəl bu rəqəm 2,1 milyona bərabər olub. "LTE-Advanced" texnologiyası ilə təmin edilən buraxılış qabiliyyəti, məlumatların yüksək sürətlə ötürülməsi və səmərəlilik kimi göstəricilər informasiyanın ötürülməsi həcminin artırılması ilə bağlı problemi həll etməyə kömək edir. Bu, bizə gələcəkdə də abunəçilərə şəbəkədə yüksəksürətli iş və keyfiyyətli xidmət təklif etməyə imkan verəcək. Biz sözsüz şadıq ki, planlarımızın həyata keçirilməsində "Ericsson" bizə dəstək verir", - "Telstra" şirkətinin biznes istiqaməti üzrə rəhbəri Mayk Rayt qeyd edib.
"Ericsson" dünyanın digər regionlarında da tezlik daşıyıcılarının birləşməsi texnologiyası əsasında "LTE Advanced" şəbəkəsinin qurulmasında iştirak edir. Belə ki, cari ilin iyulunda "Ericsson" və Cənubi Koreyanın "LG U+" şirkəti 850/1800 MHs diapazonunda "LTE-Advanced" şəbəkəsini kommersiya istifadəsinə verib, - "IT Expert www.itexpert.org.ua" yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL