Ağstafada İKT üzrə kurslar keçirilib
Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun mütəxəssislərinin iştirakı ilə avqustun 5-dən 15-dək Ağstafada müəllimlər və müəssisələrin İT mütəxəssisləri üçün təlim kursları keçirilib.
İnformasiya Texnologiyaları İnstitutundan "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, kurslar Ağstafada Heydər Əliyev Mərkəzində müasir kompüter və avadanlıqlarla təchiz edilmiş siniflərdə aparılıb.
Təlimə Ağstafa rayonu və kəndlərinin orta ümumtəhsil məktəblərinin 40 informatika və fənn müəllimi, müəssisələr üzrə 25 mütəxəssis cəlb edilib. Tədris zamanı "İnformatika" fənni üzrə nəzəri və praktiki biliklər aşılanıb.
Birinci mərhələsi başa çatmış layihənin daha 2 mərhələdə keçiriləcəyi və sonda biliklərin xüsusi test proqramı ilə sertifikatlaşdırılacağı nəzərdə tutulur.
Xatırladaq ki, kurslar 2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsilə bağlı Tədbirlər Planında regionlarda İKT üzrə bilik və bacarıqların artırılması məqsədilə əhalinin müxtəlif qrupları üçün təlim kurslarının, seminarların keçirilməsi planları çərçivəsində keçirilib.
Layihənin məqsədi bu rayonda İKT sahəsində milli kadrların hazırlanması, mütəxəssislərin və ümumtəhsil müəssisələrində çalışan müəllimlərin müasir İKT texnologiyalarının öyrənilməsində potensialının artırılmasıdır.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL