Azərbaycanda günəş və külək enerjisindən geniş istifadə məqsədilə tədqiqatlar aparılır
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutu ölkədə Günəş və külək enerjisindən geniş istifadə olunması məqsədilə tədqiqatlar aparır. Alimlərimiz günəş batareyaları və külək pərlərinin yerləşdirilə biləcəyi ərazilərin təsnifatını verməyə çalışır.
AMEA Rəyasət Heyəti Mərkəzi Aparatı İctimaiyyətlə Əlaqələr şöbəsindən "ICTnews" Elektron Xəbər Xidmətinə verilən məlumata əsasən, tədqiqatlar YUNESKO-dan qrant dəstəyi almış "Azərbaycan ərazisində Günəş və külək enerjisinin paylanmasının CİS (coğrafi informasiya sistemi) mühitində kəmiyyətcə dəyərləndirilməsi" layihəsi çərçivəsində həyata keçirilir.
Layihənin rəhbəri Coğrafiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ramiz Məmmədov, icraçıları fizika-riyaziyyat elmləri doktoru Rauf Qardaşov və coğrafiya elmləri üzrə fəlsəfə doktoru Zahidə Tatlıyevadır.
Layihə çərçivəsində Azərbaycan ərazisində atmosferin müxtəlif optik şəraitlərində Günəşdən gələn radiasiyaların hesablanması üçün riyazi model işlənib, qiymətləndirmə işləri başa çatdırılıb. Relyefin yaratdığı kölgələnmənin Günəş radiasiyasının miqdarına təsirini hesablayan riyazi model işlənib və dağ vadilərində seçilmiş məntəqədə sınaqdan keçirilib.
Bundan əlavə, Günəş və külək enerjisinin CİS əsasında xəritələri tərtib edilir, küləklər haqqında məlumatların statistik təhlili aparılır.
Tədqiqatlar 2014-cü ilin sonunadək davam edəcək.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL