waplog

Yunanıstanda təbii fəlakətlər haqqında elektron arxiv yaradılacaq



Yunan alimləri fövqəladə halların idarə olunması üçün texnologiyanın hazırlanması üzərində iş aparırlar. "Intergraph" şirkətinin məlumatına görə, rəqəmli materialın kataloq halına salınması Kavala Texnologiya İnstitutunun meşə təsərrüfatı və ətraf mühitin idarə olunması fakültəsində yaradılacaq.   
 
Təbii fəlakətlərə reaksiya üçün geoloji məkan məlumatlarının idarə edilməsi, təhlili və çatdırılması üçün Yunanıstanda alimlər "Intergraph" şirkətinin "ERDAS APOLLO 2013" proqram təminatından istifadə edirlər. Bundan başqa, universitetdə açıq veb-servislərdə vizuallaşdırma üzrə mümkün imkanlardan istifadə olunur.
Ölkədə təbii fəlakətlər haqqında elektron arxivin yaradılması ideyası ilə yanaşı, institut əsas qlobal məruzələri və digər məlumatları özündə birləşdirən rəqəmli təbii fəlakətlər atlasını da hazırlayır.  

Geoloji məkan həllərinin təbii fəlakətlərə reaksiya və insan həyatını xilas etmək üçün təbirlərin görülməsində kömək edəcək real məlumatların təqdim edilməsinə əsas olacağı gözlənilir, - "IT Expert www.itexpert.org.ua" yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL