waplog

Gartner: insanlar və maşınlar arasında əlaqə informasiya texnologiyalarının əsas inkişaf istiqamətidir



“Gartner” analitik şirkətinin inkişaf edən texnologiyaların kamillik dərəcəsi haqqında (Hype Cycle for Emerging Technologies 2013) növbəti hesabatında əsas diqqət 3 mövzuya – intellektual maşınlara, koqnitiv hesablama texologiyalarına və “əşyalar interneti”nə yönəldilib.

Hesabatda 98 qrupda birləşən iki mindən çox müxtəlif texnologiya sadalanır, lakin analitiklər əsas istiqamət kimi insanlar və maşınlar arasında əlaqə üsullarının inkişaf etdirilməsini hesab edirlər. Hesabatda daha 3 tendensiya öz əksini tapıb: elektron aksessuarlar, o cümlədən  "Google Glass” kimi eynəklər sayəsində insanın imkanların genişlənməsi, insanların maşınla əvəzlənməsi – məsələn, müştərilərlə ünsiyyət üçün koqnitiv qabiliyyətə malik virtual köməkçilərdən istifadə, eləcə də insan və maşınların birgə işi – məsələn, insanla birlikdə anbarda malların yerini dəyişən mobil robotlar.      

“Maşınlar getdikcə insanları və ətraf şəraiti daha yaxşı anlayır, insanlar isə öz növbəsində “əşyalar interneti”nin inkişafı sayəsində maşınları daha yaxşı başa düşür. Birgə iş həm maşınların, həm də insanların intellektini yaxşılaşdırır”, - analitiklər qeyd edirlər, - "Computerworld” www.osp.ru yazır. 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL