2013-cü ilin ikinci rübündə qlobal printer bazarının həcmi 1.7% azalıb
“IDC” analitik şirkətinin məlumatına əsasən, 2013-cü ilin ikinci rübündə qlobal printer və çoxfunksiyalı çap edən qurğular bazarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,7% azalaraq 13.76 milyard dollar olub.
“ICTnews.az” elektron xəbər xidməti “digit.ru” saytına istinadən bildirir ki, tədarük edilmiş qurğuların sayına görə “HP” şirkəti lider mövqeyini qoruyub saxlayıb. 2013-cü ilin ikinci rübündə şirkət 10,55 milyon qurğu tədarük edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,5% çoxdur. Onun bazar payı 40,5% təşkil edir. İkinci yerdə “Canon” şirkəti qərarlaşıb. Onun tədarük həcmi 2% azalaraq 5,55 milyon olub və 2013-cü ilin ikinci rübündə bazar payı 21,3% təşkil edib.
Üçüncü yerdə “Epson” şirkəti qərarlaşıb və onun tədarük həcmi 7,3%, azalaraq 3,28 milyon olub. Bu şirkətin bazar payı 12,6% təşkil edir. Dördüncü və beşinci yerlərdə müvafiq olaraq “Brother” və “Samsung” şirkətləri qərarlaşıb.
2013-cü ilin ikinci rübündə şırnaqlı qurğuların tədarük həcmi 6% azalaraq 15,1 milyon olub. Rəngli lazer qurğularının tədarük həcmi 9,7% artıb.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL