“Samsung” şirkəti daha bir açılıb-bağlanan smartfon təqdim edib
“Samsung” şirkəti açılıb-bağlanan form-faktorlu iki ekrana malik “Galaxy Golden” (SHV-E400) smartfonunu təqdim edib.
“ICTnews.az” elektron xəbər xidməti “digit.ru” saytına istinadən bildirir ki, “Samsung Galaxy Golden” (SHV-E400) smartfonu 3,7 düym diaqonallı iki “Super AMOLED” ekran, 1,7 QHs takt tezlikli ikinüvəli prosessor, 8 meqapiksellik kamera ilə təchiz edilib və ona “Android 4.2 Jelly Bean” əməliyyat sistemi quraşdırılıb. Xarici ekran smartfonlar üçün adi görünüş və funksionallığa malikdir, daxili ekran isə rəqəmli telefon klaviaturası ilə təchiz edilib.
“Galaxy Golden” smartfonu, həmçinin addımölçən, əksər sağlamlıq sensorları ilə uyğun “S Health” tətbiqi və vizit kartlarının tanınması sistemi ilə təchiz edilib.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL