Koreya alimləri yığılan elektrik maşın hazırlayıb (VİDEO)
Böyük və əhalinin sıx məskunlaşdığı şəhərlərdə avtomobil dayanacağı tapmaq ciddi problemdir. Bu səbəbdən Avropada mini-formatlı avtomobillərə üstünlük verilir.
Lakin Koreyanın aparıcı elmi-texniki institutunda işləyən alim və konstruktorlar, hətta sözügedən miniatür nəqliyyat vasitələrinin ölçülərini də kiçiltmək üsulunu tapıblar. Onların yaratdığı "Armadillo-T" elektrik maşını yığılmağa qadirdir. Aşağıdakı videoda bunu əyani görmək mümkündür:
"ICTnews.az" elektron xəbər xidməti "itc.ua" saytına istinadən bildirir ki, bundan başqa avtomobildə bir sıra yeniliklər həyata keçirilib. Məsələn, 100 km məsafəni qət etmək üçün onun 13,6 kVt/saat tutumunda akkumulyatoru 10 dəqiqə ərzində lazımi elektrik enerjisini toplamağa "qadirdir". Dörd ədəd elektrik mühərriki birbaşa təkərlərə quraşdırılıb ki, bu da avtomobili səmərəli idarə etmək üçün bir sıra üstünlüklər yaradır.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL