Elastik smartfon və planşetlərin istehsalı artıb
Texas Universitetinin alimlər qrupu elastik elektronikanın sürətli inkişafına başlanğıc ola biləcək vacib komponentlərdən birini nümayiş etdirib. Bu, rabitə siqnallarını ötürmək, qəbul və emal etmək üçün sürətlə işləyən qrafen radiomoduludur.
Elastik elektron sxemlərin istehsalı üçün material qismində istifadə oluna biləcək çox materiallar mövcud olsa da, onların hamısında problemlərə rast gəlinir. Materiallardan biri kifayət qədər sürətli sxemlər hazırlamağa imkan vermir, digərləri bunu etməyə şərait yaratsa da, belə komponentlərin qiyməti kütləvi istehsal üçün çox yüksək olur.
Texas Universitetinin elektronika və hesablama texnikası üzrə mühəndisi Deci Akinvandanın sözlərinə görə, layihə rəhbərləri olan alimlər qrafen tranzistorlardan istifadə edərək vəziyyətdən çıxış yolu tapa biliblər. "Güman edirəm ki, hazırda biz elastik smartfon, planşet və digər rabitə qurğuları barədə danışa bilərik", - o bildirib.
Alimlər radiomodul detallarını elastik polimer altlıqda yerləşdirərək onların istiqamətini "Bluetooth" texnologiyası üçün 2,4 giqahers və mobil rabitə üçün 1 giqahers takt tezliyində saniyədə 1 milyard dəfə dəyişdirə biliblər. Bu halda əldə olunan maksimal tezlik 25 giqahers təşkil edib.
Qrafen - kimyəvi əlaqələrlə birləşdirilmiş karbon atomlarının bir qatından ibarət yüksək elektrik keçirici, davamlı və elastik nanomaterialdır. Bir neçə nanometrlik qalınlığı sayəsində bu material görünən işıq üçün, demək olar, tam şəffafdır və buna görə mikroelektron qurğularda tətbiq olunmaq üçün olduqca perspektivlidir,- "CNews www.cnews.ru" yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL