İnternet portları da daşınacaq
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi mobil nömrələrin daşınması sistemində olduğu kimi, internet provayderlər üzrə "İnternet portlarının daşınması" sistemini də həyata keçirəcək. Bununla da istifadəçi öz istəyinə uyğun olaraq internet provayderini seçə biləcək.
Artıq sistemin texniki bazası hazır vəziyyətə gətirilmiş, hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində isə müvafiq tədbirlər görülür.
"İnternet portlarının daşınması" sistemi yaxın vaxtlarda istifadəçilərin ixtiyarına veriləcək. Bu isə öz növbəsində provayderlər arasında şəffaf, ədalətli rəqabət mühitini təmin edəcək, eyni zamanda, keyfiyyəti yüksəldəcək.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL