waplog

"Rabitə operatorları və internet provayderləri göstərdikləri xidmətlərin keyfiyyətinə görə məsuliyyət daşıyacaqlar"



"Azərbaycanda rabitə və informasiya texnologiyaları xidmətləri istehlakçılarının hüquqlarının qorunması tam təmin ediləcək. Rabitə operatorları və provayderlər göstərdikləri xidmətlərin keyfiyyətinə görə məsuliyyət daşıyacaqlar".

Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov jurnalistlərə bildirib ki, bu, mobil rabitə operatorları ilə yanaşı, internet provayderlərinə aid ediləcək.

"Avqustun 1-dən etibarən Mobil Nömrələrin Daşınması sistemi  istifadəyə verilməliydi, lakin texniki səbəblərdən bu proses yubanıb və  hər bir yubanma gününə görə hər bir operator  məsuliyyət daşıyacaq.  Bu, eyni zamanda internet provayderlərin şəbəkəsində portların daşınması xidmətlərinin provayderlər arasında onlayn rejimdə həyata keçirilməsinə də aid ediləcək. Bu gün artıq onlayn sistem yaradılıb və yaxın vaxtlarda müəyyən hüquqi baza qaydaları təsdiq edildikdən sonra istifadəyə veriləcək. Azərbaycanda 40-dan çox provayder var və onların istifadəçilərinin istehlakçı hüquqlarının təmin edilməsi üçün yaradılmış bu sistem vasitəsilə istifadəçilər istənilən vaxt bir provayderin şəbəkəsindən digər şəbəkəyə onlayn qeydiyyat sistemi  üzərindən  keçə biləcəklər",- deyə nazir qeyd edib.

Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL