“Elektron Sənəd Dövriyyəsi” Proqramının
Azərbaycan Respublikası Baş Prokurorluqda dövlət orqanlarının, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə “Elektron Sənəd Dövriyyəsi” Proqramının təqdimat mərasimi keçirilib. Tədbirdə çıxış edən baş prokurorun müavini Namiq Əsgərov Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı islahatlar nəticəsində prokurorluğun fəaliyyətində aşkarlığın təmin olunduğunu, həyata keçirilən tədbirlərin obyektiv işıqlandırıldığını, kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları ilə əlaqələrin genişləndirildiyini diqqətə çatdırıb. N.Əsgərov Baş Prokurorluqda ən müasir informasiya texnologiyalarını tətbiq edən Hüquqi Təminat və İnformasiya İdarəsinin yaradıldığını bildirib. Baş prokurorun müavini vurğulayıb ki, prokurorluq orqanlarında informasiya-kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi sayəsində “Elektron Sənəd Dövriyyəsi” Proqramı hazırlanıb. Proqrama ilkin mərhələdə Baş Prokurorluğun idarə və şöbələri, ikinci mərhələdə Respublika Hərbi Prokurorluğu, Bakı Şəhər Prokurorluğu, Bakı şəhərinin rayon prokurorluqları, üçüncü mərhələdə isə rayon (şəhər) və ərazi hərbi prokurorluqları qoşulacaqlar.
Tədbirdə çıxış edən Hüquqi Təminat və İnformasiya İdarəsinin rəisi Natiq Hüseynov bildirib ki, Baş Prokurorluqda və tabe prokurorluqlarda sənədlərin elektron mübadiləsini təmin edəcək mərkəzləşdirilmiş sisteminin yaradılması üzrə zəruri işlər görülmüb. Mərkəzləşdirilmiş informasiya-kommunikasiya sistemində Baş Prokurorluğun hər bir idarə və şöbələri tərəfindən yerləşdiriləcək əsas məlumat bazası üçün zəruri olan texniki tələblərə dair məsələlər öyrənilmiş, sistemin təşkili və səmərəli fəaliyyəti üçün vacib olan tədbirlər müəyyənləşdirilib. Sistemdə sənədlərin elektron dövriyyəsi, idarədaxili mübadiləsi, elektron arxivlərin yaradılması kimi elementlər təşkil olunacaqdır. Bu məqsədlə müvafiq işlərin həcminin müəyyən edilməsi üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə rəsmi müraciət edilib. Aparılmış araşdırmalar və hesablamalar nəticəsində prokurorluğun balansında olan bütün inzibati binalar arasında optik kabel vasitəsilə vahid şəbəkənin yaradılması, sistemin fəaliyyətini təmin edəcək müasir kompyuter avadanlığının alınması üçün tələb olunan resursların həcmi müəyyən edilib.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev çıxışında korrupsiya cinayətlərinin istintaqında informasiya texnologiyalarının tətbiqinin əhəmiyyətini qeyd edib. Tədbirdə “Elektron Sənəd Dövriyyəsi” Proqramının mahiyyəti, işləmə mexanizmi, üstün cəhətləri iştirakçıların diqqətinə çatdırılıb.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL