Yeni “iPhone 5S” smartfonunun press-fotosu internetdə dərc edilib
Amerikanın “Apple” şirkəti çoxdan bəri öz yenilikləri haqqında informasiyanın KİV-ə “təsadüfi” sızdırılması ilə məşhurdur. Kafedə gözlənilmədən "unudulmuş" “iPhone” prototipini xatırlamaq kifayətdir.
İndi də Rumıniyanın “Mobilissimo.ro” ona yerli riteylər tərəfindən göndərilmiş “iPhone 5S” smartfonunun yeni "büdcə"yə uyğun modelinin press-fotosunu dərc edib.
Onlayn nəşrin məlumatına əsasən, cihaz 8 meqapiksellik kamera, 8 və ya 16 qiqabayt daxili yaddaş və “Lightning” konnektoru ilə təchiz ediləcək. Fotoşəklə əsasən qeyd etmək olar ki, aparat “iOS 7” əməliyyat sistemi ilə işləyəcək. Büdcəyə uyğun versiyanın korpusu plastikdən hazırlanacaq.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL