waplog

Taksofonların sayı niyə azalır?


Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Aztelekom" İstehsalat Birliyi şəbəkəsində taksofonların sayını azaldıb. Bu "Aztelekom" İB-nin mətbuat xidmətinin rəhbəri Vidadi İsmayılov deyib. V.İsmayılovun sözlərinə görə, hazırda operatorun şəbəkəsində istismarda olan taksofonların sayı 79 ədəddir. Taksofonların hamısı kartla işləyir. İstismardan ümumilikdə 206 taksofon çıxarılıb. İstismardan çıxarılan taksofonlardan 151 ədəd köhnə tipli, 53-ü GSM standartında və 2 ədədi isə kartla işləyən qurğu olub.
Taksofon şəbəkəsinin xeyli investisiya tələb etməsinə baxmayaraq, onun aktuallığının və gəlirliyinin azalması bu rabitə növünün inkişafı üçün yeni işlərin görülməsini labüd edir. Bununla əlaqədar hazırda "Aztelekom" tərəfindən taksofon rabitəsinin səmərəliliyi öyrənilir. “Taksofon rabitəsinin inkişafına mane olan amillərdən biri mobil rabitənin yüksək səviyyəli nüfuzu və əhalinin telefonlaşdırılmasıdır. Taksofon rabitəsinə olan tələb təklifi üstələsə, sözsüz ki, taksofon parkının genişləndirilməsi üzrə işlər bərpa ediləcək”.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL