waplog

“Apple” “Samsung”un məşhur planşetinin Avropada satışına qadağa qoydu


“Apple” şirkəti “Samsung Galaxy Tab 10.1” planşetinin Avropa İttifaqında satışına müvəqqəti qadağa qoyulmasına nail olub, “DPA” informasiya agentliyinin məlumatına görə, müvafiq sərəncamı Düsseldorf şəhər məhkəməsi çıxarıb. Məhkəmənin qətnaməsinə əsasən, planşetin satışı Hollandiyadan başqa Avropa Birliyinin bütün ərazisində qadağan edilir. Qadağanın pozulduğu halda “Samsung” şirkəti hər pozma faktı üçün 350 min dollar ölçüsündə cərimə ödəyəcək. Təkrar pozmalar zamanı şirkət rəhbərlərinə daha sərt sanksiyalar (2 il müddətinə həbs cəzası) tətbiq edilə bilər. Məlumat üçün qeyd edək ki, “Apple” iddia edir ki, “Samsung Galaxy Tab 10.1” “iPad 2” planşetini kopyalayır və bununla da şirkətin intellektual mülkiyyət hüquqlarını pozur.
Bildirilib ki, “Samsung” şirkəti məhkəmənin qərarına etiraz etmək hüququna malikdir. Şirkət işi apellyasiyaya verə bilər. Belə olan halda işə 4 həftə müddətinə eyni hakim tərəfindən baxılacaq. Xatırladaq ki, “Apple” şirkəti aprel ayının 15-də “Samsung”u məhkəməyə verib və “Galaxy” xəttinə aid smartfon və planşetlərin “iPhone” smartfonlarını və “iPad” planşetlərini kopyaladığını bildirib. Bir neçə gün sonra isə Cənubi Koreya şirkəti “Apple”-a qarşılıqlı iddia ilə cavab verib.


lenta.ru

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL