waplog

“Azərpoçt” ilin sonuna kimi kart emissiyasını artırmaq niyyətindədir



Azərbaycanın milli poçt operatoru "Azərpoçt" bu ilin sonuna kimi buraxdığı plastik ödəniş kartlarının sayını artırmaq niyyətindədir.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt sektorunun rəhbəri Novruz Məmmədovun "ICTnews" xəbər xidmətinə verdiyi məlumata əsasən, bu günədək "Azərpoçt" tərəfindən 12 min kart buraxılıb.
"Bu kartların əksəriyyəti rabitə müəssisələrinin işçilərinin əməkhaqlarının verilməsi üçün buraxılıb. Sifarişçilər içində 2-3 kənar şirkətlər də var. Bu ilin sonuna kimi daha 1000-dək kart buraxılması nəzərdə tutulur", - deyə o bildirib.

N. Məmmədovun sözlərinə əsasən, hazırda "Azərpoçt"un regionlarda və Bakıda quraşdırdığı bankomatların 14, POS-terminalların sayı isə 120 ədəd təşkil edir.

"Bankomatların və POS-terminalların sayını artırmaq istəyirik, lakin bu qurğuların şəbəkəsini genişləndirmək müəyyən vəsait tələb edir", - deyə o bildirib.

Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL