İnformasiya və rabitə xidmətlərindən əldə olunan gəlirlərdə mobil telefon rabitəsi üstünlük təşkil edir
2012-ci ildə informasiya və rabitə xidmətlərindən əldə olunan gəlirlərdə mobil telefon rabitəsi üstünlük təşkil edir və onun sözügedən gəlirlərdə çəkisi 60,6 %-dir.
İnformasiya və rabitə xidmətlərindən əldə olunan gəlirin quruluşu göstərir ki, ötən il şəhərlərarası və beynəlxalq telefon üzrə gəlirlər 16,1 %, internet üzrə 6,0 %, şəhər-kənd telefon rabitəsi üzrə 3,8 %, radio və televerilişlərin translyasiya edilməsi üzrə 3,1 %, proqram təminatının işlənməsi və bu sahədə məsləhətlər üzrə 2,5 %, nəşriyyat fəaliyyəti üzrə 1,3 %, digər xidmətlər isə 6,6 % təşkil edir.
Bu məlumatlar Dövlət Statistika Komitəsi tərəfindən hazırlanan “Azərbaycanda telekommunikasiya və poçt” statistika məcmuəsində yer alıb.
Məcmuədə ölkə rabitəsinin vəziyyətini, onun inkişaf dinamikasını izləməyə imkan verən statistika məlumatları verilib. Rabitənin infrastrukturu, inkişaf dinamikası və müqayisə etmək üçün MDB ölkələrinin bu sahədə olan məlumatları məcmuəyə daxil edilib.
Məcmuədə informasiya və rabitə, poçt xidmətləri, televiziya və radiorabitə, qeyri-dövlət sektorunun inkişafı, rabitə müəssisələrində çalışan işçilərin sayı və onların orta aylıq əməkhaqqı, ölkənin regionları üzrə rabitənin vəziyyəti, əhalinin telefon təminatı haqqında məlumatları və rabitənin digər əsas məlumatları əhatə olunur. Komitədən qeyd edilib ki, yeni -“İqtisadi fəaliyyət növləri təsnifatı”nın 3-cü versiyasının tətbiqi ilə bağlı rabitə statistikası sahələrində bir sıra dəyişikliklər baş
verib:
“İqtisadi fəaliyyət növləri təsnifatının əvvəlki versiyası üzrə “Nəqliyyat və rabitə” seksiyasında əhatə olunan telekommunikasiya və poçt fəaliyyəti yeni təsnifat üzrə fərqli seksiyalarda cəmləşib. Poçt fəaliyyəti “Nəqliyyat və anbar təsərrüfatı” fəaliyyətinə aid edilib, yeni “İnformasiya və rabitə” seksiyasında isə müxtəlif informasiya texnologiyaları xidmətləri və telekommunikasiya fəaliyyəti əhatə olunub. Cari məcmuədə bu amillər nəzərə alınıb, bununla yanaşı, istifadəçilərin tələbatı nəzərə alınaraq poçt fəaliyyəti də məcmuədə əks etdirilib”.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL