“Toshiba” yeni tip fləş-yaddaş istehsalına başlayır
“Toshiba” korporasiyası Yaponiyanın Mie prefekturasında “Toshiba” və “SanDisk” birgə müəssisəsinə məxsus fləş-yaddaş istehsalı üzrə zavodda yeni sexin tikintisinə başlayıb.
Yeni sexdə müasir istehlak texnikasında və korporativ toplayıcılarda istifadə olunan “NAND” tipli fləş-yaddaşların, eləcə də çoxsəviyyəli struktura malik fləş-yaddaşların (3D yaddaşların) istehsalı planlaşdırılır.
Şirkət nümayəndələri hesab edirlər ki, yaxın illərdə “3D” yaddaşlara tələbat xeyli artacaq. İstehsalın genişləndirilməsi “Toshiba”nın rəqabət qabiliyyətinin və möhkəm mövqeyinin qorunması üçün bazar reallıqlarına uyğun həyata keçirilir. “IHS iSuppli” analitik şirkətinin məlumatına görə, 2012-ci ildə “Toshiba”nın dünya fləş-yaddaş bazarında payı 31 faiz (37 faiz paya malik “Samsung”dan sonra ikinci yer) təşkil edib.
Şirkət nümayəndələri bildiriblər ki, yeni “Fab 5” sexi ətraf mühitə təsirin minimal olacağı şəkildə tikiləcək. Belə ki, ikinci dərəcəli enerji resurslarından və enerjiyə qənaətcil işıqlandırma diodlarından istifadə planlaşdırılır. Arxitektorlar hesab edirlər ki, yeni sexin fəaliyyəti nəticəsində atmosferə buraxılan istixana qazlarının həcmi “Fab 4” sexinin göstəricisi ilə müqayisədə 13 faiz az olacaq. Bundan başqa, meydançanın zəlzələdən qorunma sistemi ilə təchiz edilməsi nəzərdə tutulub.
Şirkət yeni sexin tikintisini 2014-cü ilin yayında başa çatdırmağı, 2015-ci ildə isə “3D” yaddaşların kütləvi istehsalına başlamağı planlaşdırır, - “CNews www.cnews.ru” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL