waplog

Büdcəyə uyğun smartfon və planşet bazarının payı artacaq


Yüksəksəviyyəli qurğular bazarının doymasını müşahidə edən smartfon istehsalçıları tədricən orta və aşağı qiymət kateqoriyasına məxsus modellərə üstünlük verirlər.

“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, Tayvanın “TrendForce” analitik şirkətinin qiymətləndirməsinə görə, cari ildə ümumi tədarük həcmində sözügedən aparatların payı 50% təşkil edəcək və 2014-cü ildə 70%-i ötəcək.

Ekspertlər, həmçinin Çin şirkətləri tərəfindən təsirin güclənməsini proqnozlaşdırırlar. Qeyd edək ki, onlar çoxdan bəri ucuz smartfon istehsalı üzrə ixtisaslaşıb və onların tədarük həcmini artırmağa davam edəcəklər.

Planşet seqmentində də eyni tendensiya müşahidə olunacaq: analitiklər hesab edirlər ki, gələn il büdcəyə uyğun planşet kompüterlərinin payı 65% olacaq.

Emil Hüseynov
 
 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL