waplog

“Gartner”: “Windows 7” hələ 5 il dünyanın əsas stolüstü əməliyyat sistemi olacaq


“Windows 7” əməliyyat sistemi bu ilin sonuna dünyada əsas stolüstü əməliyyat sistemi olacaq. Bu barədə, “Gartner” şirkətinin son analitik hesabatında bildirilib. Bu şirkətin məlumatlarına əsasən, “Windows 7” dekabr ayının sonuna stolüstü əməliyyat sistemi bazarının təxminən 42%-ni tutacaq. Bu əməliyyat sistemi yaxın bir neçə ildə lider olacaq. Beləliklə, “Gartner” şirkəti qeyd edib ki, “Windows” ən azı yaxın 5 ildə dünya miqyasında əvvəlki kimi stolüstü əməliyyat sistemləri bazarının əsas oyunçusu olaraq qalacaq.
Digər əməliyyat sistemləri barəsində “Gartner” şirkəti bildirib ki, “Mac OS” əməliyyat sistemi bazarının təxminən 4%-ni tutacaq, həm də 2015-ci ilədək bu sistemin payı 5,2%-ə qədər arta bilər. “Linux” isə stolüstü əməliyyat sistemi bazarının 2%-ni tutacaq. Əməliyyat sistemi bazarının “Chrome OS”, “Android”, “HP WebOS” və digər gənc oyunçuları barəsində “Gartner” bildirib ki, bu sistemlər stolüstü fərdi kompyuterdə elə də əhəmiyyətli mövqe tuta bilməyəcəklər. “Microsoft” şirkətindən bildiriblər ki, 2009-cu ilin oktyabrından, “Windows 7” əməliyyat sisteminin çıxışı anından korporasiya bu əməliyyat sisteminin təxminən 400 milyon surətini satıb.




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL