waplog

Mobil telefonlar üçün ekran satışlarının həcmi 55% artacaq


Sensor funksiyaları dəstəkləyən və yüksək təsvir ölçüsünə malik böyük ölçülü smartfonlara artan tələbat mobil telefonlar üçün ekran bazarında gəlir artımına imkan yaradır.

"NPD DisplaySearch" analitik şirkətinin proqnozuna əsasən, 2013-cü ildə bu məhsulun satışından 33,3 milyard ABŞ dolları qazanılacaq ki, bu da ötən illə müqayisədə 55% çoxdur.

"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, mütəxəssislər izah edirlər ki, gəlirin artımı smartfonlar üçün ekranların orta satış qiymətinin bahalaşması ilə bağlıdır. Ekranların tədarük həcminə gəlincə, onların ümumi həcmi bu il 1,9 milyarda çatacaq.

"Qlobal smartfon bazarının liderləri "Samsung" və "Apple" şirkətləri  aparatlarının buraxılış həcmini və bazar payını artırırlar - "DisplaySearch" şirkətinin kiçik və orta ekranlar bazarının tədqiqatı üzrə vitse-prezidenti Xiroşi Xayase deyib. "AMOLED" və "LTPS TFT LCD" tipli ekranlarla təchiz edilmiş "Galaxy S4" və "iPhone 5" smartfonlarının populyarlığı yüksəksəviyyəli aparat ekranlarına irəli sürülən tələblərin artmasına səbəb olub" - ekspert deyib.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL