Səhiyyə sahəsində növbəti elektron xidmət “Elektron hökumət” portalına inteqrasiya edilib
Səhiyyə sahəsində elektron xidmətlərin genişləndirilməsi istiqamətində işlər aparılır. Səhiyyə Nazirliyinin rəsmi internet səhifəsində yaradılmış “Elektron xidmətlər” bölməsi üzrə 11 elektron xidmət mövcuddur.
“Elektron hökumət” portalına (www.e-gov.az) isə nazirlik tərəfindən növbəti xidmət təqdim edilib. “Xarici ölkələrdə ali və orta ixtisas təhsili almış, diplomdan sonra ixtisaslaşma keçən tibb və əczaçılıq işçilərinin işə buraxılması üçün müraciətin və sənədlərin qəbulu” adlı elektron xidməti vasitəsilə xarici ölkələrdə ali və orta ixtisas təhsili almış, diplomdan sonra ixtisaslaşma keçən tibb və əczaçılıq işçilərinin işə buraxılması üçün müraciətin və sənədlərin qəbulu mümkündür.
Xidmətdən istifadə etmək üçün istifadəçi portalda Səhiyyə Nazirliyinin sözügedən elektron xidmətini seçməklə yeni müraciət menyusuna daxil olub, təhsil növünü qeyd etdikdən sonra tələb olunan məlumatları daxil edərək öz müraciətini göndərə bilər.
Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən 38 elektron xidmətin göstərilməsi nəzərdə tutulub.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL