Elmi nəşrlərin indeks məlumatlarının məlumatlar bazasına daxil etmə problemləri beynəlxalq səviyyədə müzakirə ediləcək
Cari ilin 24-26 sentyabr tarixlərində Rusiya Federasiyası Elm və Təhsil Nazirliyi və Rusiya Fundamental Tədqiqatlar Fondunun yardımı ilə "Beynəlxalq səviyyəli elmi nəşrlər: problemlər, qərarlar, indeks məlumatları və referat məlumatlar bazasına daxil etmə və hazırlıq" adlı 2-ci beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.
Moskva Maliyyə Universitetində keçiriləcək konfransın təşkilatçıları "Milli Elektron İnformasiya Konsorsiumu", "Elsevier Hollandiya", Rusiya Federasiyası Hökuməti nəzdindəki Maliyyə Universitetidir.
"ICTnews" elektron xəbər xidmətinə bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Elmi İnnovasiyalar Mərkəzindən (EİM) məlumat verilib. Mərkəzdən bildirilib ki, konfransa elmi tədqiqat nəticələrinin yayılmasına, həmçinin jurnalların beynəlxalq elmi informasiya məkanına daxil olmasına maraq göstərən MDB-nin üzv ölkələri, o cümlədən Azərbaycanın elmi cəmiyyətinin nümayəndələri dəvətlidirlər.
Beynəlxalq tədbir elmi jurnalların sonrakı inkişaf yollarını müəyyənləşdirməyə, sitat gətirmə indeksləri və referat məlumat bazalarının qlobal tələblər əsasında formalaşdırılması zamanı yaranan problemləri aşkar etməyə imkan verəcək.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL