waplog

Azərbaycanda turizm informasiya mərkəzləri ilə bağlı treninqlər keçiriləcək



Azərbaycanda Avropa  İttifaqının "Tvinninq" layihəsi tərəfindən "Regional və yerli turizmin planlaşdırılması və idarə edilməsi" adlı seminarlar keçiriləcək.
 
Bu barədə "ICTnews.az" elektron xəbər xidmətinə Mədəniyyət və Turizm Nazirliyindən məlumat daxil olub.
 
Məlumatda bildirilir ki, bu ilin 10-12 sentyabr tarixində "Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Turizm Şöbəsinin imkanlarının gücləndirilməsi" adlı Avropa İttifaqı "Tvinninq" layihəsi çərçivəsində İsmayıllı rayonunda və Lənkəran şəhərində "Regional və yerli turizmin planlaşdırılması və idarə olunması" adlı seminarların təşkil olunması planlaşdırılıb.
 
Seminarlar üzv dövlətin (ÜD) layihə rəhbəri Florian Zengstşmid, Daimi "Tvinninq" müşaviri Daiva Kirkilaite-Çetkuti və birinci komponentin rəhbəri Ferdinand Posnikin rəhbərliyi altında keçiriləcək.
 
Nazirlik nümayəndəsinin iştirakı ilə keçiriləcək tədbirlərin əsas məqsədi seminar iştirakçılarının diqqətinə (icra hakimiyyəti, bələdiyyə, mehmanxana, turizm informasiya mərkəzləri, rayon mədəniyyət və turizm şöbələri) "Azərbaycanda turizm məkanlarının idarə olunması" mövzusunda ilkin nəzəri biliklərin çatdırılmasıdır.
 
Həmçinin, ÜD layihə rəhbəri tərəfindən turizm məkanının marketinqi, turizm məhsullarının yaradılması və inkişafı, turizm məkanının təbliğatı və digər bu kimi mövzulara dair məlumat veriləcək. Əlavə olaraq, iştirakçılar arasında yaranan sualların müzakirəsi üçün seminarların sonunda ayrıca vaxt nəzərdə tutulub.
 
SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL