Türkdilli dövlətlərin İT sahibkarları bir araya gələcək
Bu ilin sentyabr ayında “Türkdilli dövlətlərin ixracyönümlü məhsullarının I Sərgisi” və “Türkdilli dövlətlərin II Biznes Forumu”nun keçirilməsi planlaşdırılır. Bu barədə "ICTnews.az"-a Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasından məlumat verilib.
Məlumatda bildirilir ki, sözügedən tədbir Türkiyənin İstanbul şəhərində reallaşacaq və burada digər sahələrlə yanaşı, informasiya-kommunikasiya texnologiyaları üzrə fəaliyyət göstərən sahibkarlar da iştirak edə bilərlər.
Qeyd edək ki, Biznes Forumla paralel olaraq, “İstanbul TOBB Plaza”da Türkdilli Dövlətlərin Biznes Şurasının 2-ci iclasının keçirilməsi də nəzərdə tutulub. Əsas məqsəd Türkdilli Dövlətlər arasında iqtisadi, ticari əlaqələrin inkişaf etdirilməsi, diversifikasiyası, uzunmüddətli yatırımlar platformunun yaradılması istiqamətində fikir mübadiləsinin aparılması və əməli təkliflərin ərsəyə gəlməsidir.
İclasda Türkiyə İqtisadiyyat naziri Zafer Çağlayanın, TOBB prezidenti Rifat Hisarcıkoğlunun və ASK-nın prezidenti Məmməd Musayevin çıxışı nəzərdə tutulub. Türkdilli Dövlətlər Şurasının İnvestorlar üçün mükafatının şirkətlərin nümayəndələrinə təqdim edilməsi də ön plandadır. İştirakçıların yol və mehmanxana xərclərindən başqa bütün təşkilati məsrəfləri TOBB öz üzərinə götürüb.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL