"Ağıllı" saatların tədarük həcmi 36 dəfə artacaq
“Juniper Research” analitik şirkətinin proqnozuna əsasən, yaxın gələcəkdə "ağıllı" saat bazarı sürətli inkişaf edəcək. Ekspertlərin qiymətləndirməsinə görə, beş il sonra sözügedən cihazların tədarük həcmi 36 dəfə artacaq və 2018-ci ildə 36 milyona çatacaq.
Mütəxəssislər hesab edirlər ki, tezliklə “ağıllı” saatların yeni kateqoriyası işıq üzü görəcək. Bu, tətbiqlərlə işləməyə, idman məşqləri zamanı sağlamlıq göstəricilərini izləməyə və ödənişlər həyata keçirməyə “qadir” çoxfunksiyalı qurğular olacaq.
“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, tezliklə “ağıllı” saat bazarına “Apple” və “Samsung” şirkətləri daxil olacaq. Məhz bu səbəbdən mütəxəssislər yeni kateqoriya haqqında fikir yürüdürlər. Şirkətlərin qeydiyyatdan keçirdikləri ticarət markaları və patentlər onların niyyətindən xəbər verir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL