Yüksək Texnologiyalar üzrə Tədqiqat və İnkişaf Mərkəzi Şəkini yeni texnologiya ilə işıqlandıracaq
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nəzdində Yüksək Texnologiyalar üzrə Tədqiqat və İnkişaf Mərkəzi Şəki şəhər pilot işıqlanma layihəsini həyata keçirir.
Bu barədə "ICTnews.az" elektron xəbər xidmətinə mərkəzin Elmi tədqiqat şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru Rasim Cabbarov məlumat verib. Onun sözlərinə görə, hazırda dünyada bir il üçün tələb olunan elektrik enerjisi 10TV(W)-dur və 2050-ci ildə isə onun miqdarının 30TV(W) olacağı gözlənilir.
R.Cabbarov qeyd edib ki, bu gün istehsal olunan elektrik enerjisinin 30-35%-i yalnız və yalnız işıqlanmaya sərf olunur. Azərbaycanda il ərzində 20M kV(W)/saat elektrik enerjisinin istehsal olunduğunu önə çəkən şöbə müdiri deyib ki, bunun da 3.5M kV(W)/saatı işıqlanmaya sərf olunur: "Regionların inkişaf proqramına uyğun olaraq işıqlanmaya sərf olunan enerjinin miqdarı günü-gündən artacaq və bu tendensiya ölkəmizdə davam etdirilir. Bunları nəzərə alaraq işıqlanmaya sərf olunan enerjinin miqdarını azaltmaq üçün daha ekonomik və ekoloji cəhətdən yararlı olan LED əsaslı işıqlanma sistemlərindən istifadə etmək dünyada və ölkəmizdə əsas prioritet daşıyır".
R.Cabbarovun sözlərinə görə, Yüksək Texnologiyalar üzrə Tədqiqat və İnkişaf Mərkəzində (YTTM) LED əsaslı lampalar istehsal olunur ki, bu lampalar ənənəvi istifadə edilən işıq sistemlərindən 50-80% daha qənaətcildir, optik-elektrik parametrləri rəqabətə davamlıdır:
"Hazırda mərkəzimizdə Şəki şəhərində pilot işıqlanma layihəsinin həyata keçirilməsi ilə əlaqədar işlər yekunlaşır. Pilot layihə olaraq Şəki şəhərində 1km magistral yol işıqlandırılacaq".
Seymur Qasımbəyli
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL