waplog

Daha bir şirkət smartfonlar bazarını tərk edir



"Panasonic" şirkəti Yaponiyada smartfonlar bazarını tərk etmək qərarına gəlib və mobil rabitə baza stansiyalarının istehsalı üzrə bölməsi üçün alıcı axtarışındadır.

2014-cü ilin martınadək şirkət smartfonların buraxılışı üzrə qalmış yeganə fabrikində istehsalı tam dayandıracaq, lakin korporativ istehsalçılar üçün bir sıra modellərin, eləcə də xarici bazarlar üçün kənar istehsalçıların sifarişi ilə buraxılan aparatların tədarükünü davam etdirəcək. Eyni zamanda, adi telefonların istehsalı və onların daxili bazarda satışı da saxlanılacaq.

"Panasonic"in mobil rabitə baza stansiyalarının istehsalı üzrə biznesinə gəldikdə, şirkət potensial alıcıları, o cümlədən Finlandiyanın "Nokia" şirkətini bölməni satmaq niyyətində olması barədə məlumatlandırıb.  
Ötən ay şirkət 2013-cü ilin aprel-iyununda mobil telefonların satışının kəskin azalmasını bildirib. Azalma qismən "Sony" və "Samsung" smartfonlarını böyük güzəştlərlə təklif etməyə başlayan Yaponiyanın nəhəng "NTT DoCoMo" mobil rabitə operatorunun bazar strategiyasının dəyişməsi ilə izah edilib, - "DailyComm www.dailycomm.ru" yazır. 





NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL