“İKT ili” çərçivəsində gənclərin informasiya texnologiyaları sahəsində biliklərinin artırılması üzrə kurslar keçirilir
Azərbaycanda bu il "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi ilə bağlı Yeni Azərbaycan Partiyası Gənclər Birliyi regionlarda gənclərin bu sahədə biliklərinin artırılması istiqamətində də davamlı tədbirlər keçirib.
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, birlik tərəfindən keçirilən layihə çərçivəsində qurumun ofisində 50 nəfərə yaxın fəal gənc üç ay ərzində pulsuz informatika üzrə əsas bilgilərə yiyələnəcək. Kursların sonunda onlara sertifikatlar təqdim ediləcək.
Kursun proqramına kompüterlərin texniki təsnifatı, proqram təminatı, sosial şəbəkələrdən istifadə, təhlükəsizlik qaydaları və digər mövzular daxil edilib.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL