2013-cü ildə qlobal fərdi kompüter bazarının həcmi təxminən 10% azalacaq
“IDC” analitik şirkətinin məlumatına əsasən, 2013-cü ildə fərdi kompüterlərin qlobal tədarük həcmi gözlənildiyindən daha çox azalacaq. İnkişaf etmiş ölkələrdə olduğu kimi inkişaf etməkdə olan bazarın istehlakçıları da mobil qurğularla daha çox maraqlanırlar.
“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, düzəliş edilmiş qiymətləndirməyə əsasən, 2013-cü ildə qlobal bazara ötən illə müqayisədə 9,7% daha az fərdi kompüter (FK) tədarük ediləcək. “IDC” analitik şirkətinin may ayında dərc edilmiş əvvəlki proqnozuna əsasən, 7,8%-lik azalma qeydə alınmalı idi. Sözügedən bazar gələn il də azalmağa davam edəcək və 2015-ci ildən sonra cüzi artım qeydə alınacaq.
“IDC” analitik şirkətinin proqnozuna əsasən, 2013-cü ildə 315.4 milyon FK tədarük ediləcək. Onun 134.4 milyonunu masaüstü, 181 milyonu yığcam FK təşkil edəcək.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL