4000 milliamper/saat tutumunda akkumulyatorla təchiz edilmiş smartfon təqdim edilib
"Fly IQ4403 Energie 3" smartfonu 4000 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib. Buna baxmayaraq, smartfonun korpusu nazik və yığcam qalıb. Aparatın satışlarına 2013-cü il sentyabrın əvvəlində başlanılacaq.
“ICTnews.az” elektron xəbər xidməti “ferra.ru” saytına istinadən bildirir ki, aparat 4,5 düymlük 854x480 piksel təsvir ölçüsündə "TFT" ekran, 1.3 QHs takt tezlikli "MTK6572W" prosessoru, 512 MB əməli yaddaş və 4 QB daxili yaddaş, 5 meqapiksellik kamera, 4000 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib.
Aparatın ölçüləri 137 x 67 x 12,9 millimetr təşkil edir. İki SİM kart dəstəkləyir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL