“Google” şirkəti “ağıllı” saat istehsalçısını satın alıb
“Google” şirkəti “WIMM Labs” “ağıllı” saat istehsalçısını satın aldığını təsdiqləyib. Şirkətlər arasında saziş 2012-ci ildə bağlanılıb. Lakin bu barədə yalnız iki gün əvvəl məlum olub.
“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, “ağıllı” saat mövzusu son zamanlar tez-tez səslənir, bir sıra böyük şirkətlər öz həllərini hazırlayır. Məsələn, gələn həftə “Samsung Galaxy Gear” “ağıllı” saatı təqdim ediləcək.
Koreya şirkətinin qurğusu 2,5 düymlük ekran, 1.5 QHs takt tezlikli ikinüvəli prosessor, 4 meqapiksellik kamera, həmçinin sensorlar dəsti ilə təchiz edilib. “Galaxy Gear”-nin avtonom iş vaxtı cəmisi 10 saat təşkil edəcək.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL