Bu ölkə dünya smartfon bazarında tədarük həcminin üçdə bir hissəsini təmin edəcək
Tayvanın “Digitimes Research” tədqiqat şirkətinin məlumatına görə, 2013-cü ilin birinci rübü ərzində Çinin smartfon istehsalçıları dünya bazarına ümumilikdə 148 milyon qurğu tədarük ediblər. Bu saydan 109 milyon aparat ölkənin daxili bazarına, qalanı isə xarici bazarlara çıxarılıb.
Cari ilin yekunları üzrə Çin istehsalçılarının orta hesabla 326 milyon smartfon tədarük edəcəkləri gözlənilir ki, bu da ötənilki göstəricidən 48,9 faiz çoxdur.
Analitik şirkətin qiymətləndirməsinə görə, bu il dünya üzrə smartfonların tədarük həcminin 950 milyon ədəd olacağı nəzərə alınmaqla Çin istehsalçıları tərəfindən buraxılan aparatların burada payı 34,3 faiz təşkil edəcək, - analitiklər əlavə edib.
Qeyd etmək lazımdır ki, şirkətin smartfon bazarına həsr edilən əvvəlki hesabatında da bu il smartfon tədarükçüləri onluğuna Çinin “Lenovo”, “ZTE”, “Huawei” və “Yulong” (“Coolpad”) kimi 4 şirkətinin daxil olacağı qeyd edilib.
“Samsung Electronics” və “Apple” şirkətlərinin başçılıq etdiyi reytinqdə sadalanan Çin istehsalçıları müvafiq olaraq 4-cü, 6-cı, 7-ci və 8-ci yerlərdə qərarlaşacaq. 3-cü və 5-ci yerləri “LG” və “Sony Mobile” tutacaq, siyahını isə “Nokia” və “BlackBerry” şirkətləri tamamlayacaq, - “DailyComm www.dailycomm.ru” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL