“Samsung” fitnes saatı təqdim edir
“Samsung Electronics” şirkəti sentyabrın 4-də Berlində keçiriləcək “IFA 2013” elektron yeniliklər sərgisi ərəfəsində “Android” əsaslı internetə qoşulan saat olan yüksəktexnologiyalı “Galaxy Gear” cihazını təqdim edəcək. “VentureBeat” nəşri xəbər verib ki, o, “Galaxy Gear” “ağıllı” saatına nəzər salıb və cihaz haqqında qısa məlumat əldə edib.
“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, sözügedən nəşrin məlumatına əsasən, “Gear” “Android” platforması ilə işləyən və 4 meqapiksellik kamera ilə təchiz edilmiş 3 düymlük maye kristal ekrana malik böyük elektron ələ taxılan saatdır. Cihazın mobil şəbəkələrlə işləməsi haqqında məlumat yoxdur, lakin o, “Wi-Fi” modulu ilə təchiz edilib.
Nəşr, həmçinin bildirib ki, “Gear” “ağıllı” saatı heç də smartfon və ya planşetin əvəzetməsi deyil, daha çox qabaqcıl fitnes qurğudur.
“Gear” cihazına quraşdırılmış proqram təminatına kalorinin hesablanması və fitnes məşqlərə nəzarət, həmçinin nəbzölçən və tibbi nəzarət üçün tətbiqləri qeyd etmək olar.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL