“LG” şirkəti “G Pad”planşetini və “OLED”televizorunu nümayiş etdirəcək
Almaniyanın Berlin şəhərində start götürəcək “IFA 2013” sərgisində “LG Electronics” şirkəti 8,3 düymlük diaqonallı yeni “G Pad” mini-planşetini təqdim edəcək. Cihaz “Full HD” formatlı videonu əksə etdirə biləcək. “G Pad” planşeti 1,7 QHs takt tezlikli “Qualcomm Snapdragon 600” mobil prosessoru və 2 QB əməli yaddaşla təchiz ediləcək.
“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki,şirkətə yaxın mənbələr deyiblər ki, planşet qara alüminiumdan işlənib hazırlanmış qeyri-adi nazik korpusa malik olacaq. Aparata “Android 4.2.2 Jelly Bean” əməliyyat sistemi quraşdırılacaq.
Həmçinin bildirilib ki, planşetin çəkisi 338 qram təşkil edir, o, 16 QB daxili yaddaşla təchiz edilib. Sözügedən planşetin qiyməti haqqında hələ ki informasiya yoxdur.
Şirkət planşetlə yanaşı eyni zamanda, həmçinin 55 düymlük “55УФ8800” adlı “OLED” televizorunu təqdim edəcək. Yeniliyin korpusu çox nazik olacaq.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL